• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dənizdə ölümə səbəb olan görünməyən təhlükə – DİQQƏTLİ OLUN!

    09

    iyl

    Dənizdə ölümə səbəb olan görünməyən təhlükə – DİQQƏTLİ OLUN!

    Yayın istisində sərinləmək üçün adətən dənizə üz tuturuq. Ancaq üzmək bilməyənlər və dənizi tanmayanlar üçün dəniz təhlükəyə, faciəyə çevrilir. Dənizlə bağlı bəzi məqamlar var ki, onları bilsək, həm də təhlükədən uzaq olmuş olarıq.

    Ekologiya.az xəbər verir ki, dənizdə sakit və dalğasız görünən bir hissə əslində dənizin ən təhlükəli yeri ola bilər. Bu, rip axını adlanır. Dənizdə boğulmaların əsas səbəblərindən biri də budur.
    Rip axını – sahildən açıq dənizə doğru hərəkət edən güclü su axınıdır. O, sanki dəniz səthində gizlənmiş bir su yolu kimi insanı içəriyə çəkir.

    Rip axını ona gpörə təhlükəlidir ki, bu axın insanları saniyələr içində çəkib dənizə aparır. Həmçinin axına qarşı üzməyə çalışanda belə insan tez yorulur və boğula bilir. Hətta tez-tez təcrübəli üzgüçüləri belə çaşdırır.

    Rip axını olan yeri necə tanımaq olar?

    Rip axını olan yerdə su daha tünd rəngdə görünür. Həmçinin dalğalar bu hissədə qırılmır, sakit görünür. Suyun içində qum, yosun və köpüklər geri çəkilir.

    Üzgüçülər, mütəxəssislər məsləhət görür ki, rip axınına düşən zaman qətiyyən axına qarşı üzmək olmaz. Mümkün qədər Sakit olub, enerjini qorumaq lazımdır. Sahilə çıxmaq üçün düzünə yox, yana – sahilə paralel üzərək axından çıxmaq lazımdır.

    Tarix : Dünən, 17:38 | Oxunub: 896