Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəsədi sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.