• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Moskvada yanğında zərərçəkənlərin sayı 10-a çatıb

    23

    iyl

    Moskvada yanğında zərərçəkənlərin sayı 10-a çatıb

    Rusiya İstintaq Komitəsi Moskvanın Mıtnaya küçəsindəki yaşayış binasında baş verən yanğından sonra araşdırma aparır.

    “Report”un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Moskvanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

    Məlumata görə, zərərçəkənlərin sayı 10-a çatıb. Nazirlik bir nəfərin həlak olduğunu təsdiqləyib. Bildirilib ki, yanğın söndürülüb. Hadisə yerinə FHN-in 34 əməkdaşı və 10 texnika cəlb edilib.

    Məlumata görə, yanğın bu gün gecə baş verib və dördüncü mərtəbədəki iki mənzili və eyvanı əhatə edib. Yanğınsöndürənlər binadan 15 nəfəri təxliyə ediblər.

    Tarix : 23-07-2025, 09:18 | Oxunub: 944