• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Prezident fərman İMZALADI

    23

    iyl

    Prezident fərman İMZALADI

    Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") ilə Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında Anlaşma Memorandu təsdiq edilib.

    Ekologiya.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

    Fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra ASAN xidmət müddəaların həyata keçirilməsini təmin edəcək.

    Bundan başqa, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Seneqal Hökumətinə bildiriş göndərəcək.

    Tarix : 23-07-2025, 16:20 | Oxunub: 2 312