• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda süni torpaq sahələrində investisiya fəaliyyəti ilə bağlı dəyişiklik təsdiqlənib

    29

    iyl

    Azərbaycanda süni torpaq sahələrində investisiya fəaliyyəti ilə bağlı dəyişiklik təsdiqlənib

    Azərbaycanda süni torpaq sahələrində investisiya fəaliyyəti ilə bağlı dəyişiklik təsdiqlənib.

    Ekologiya.az xəbər verir ki, Prezident İlham Əliyev Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarında dəyişikliklər edilməsinə dair Qanun imzalayıb.

    Dəyişikliyə əsasən, Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

    Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

    Tarix : 29-07-2025, 16:55 | Oxunub: 1 664