• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Severo-Kurilsk limanı və “Alaid” balıqçılıq müəssisəsi su altında qalıb

    30

    iyl

    Severo-Kurilsk limanı və “Alaid” balıqçılıq müəssisəsi su altında qalıb

    Rusiyanın Saxalin vilayətindəki Severo-Kurilsk limanı və balıqçılıq müəssisəsi sunami dalğası nəticəsində su altında qalıb.

    “Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verilib.

    “Sunami dalğası Severo-Kurilsk liman şəhərini və yerlərdə “Alaid” balıqçılıq müəssisəsini su basıb. Əhali təxliyə edilib”, - məlumatda deyilir.

    Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr aralıda yerləşib.

    Tarix : 30-07-2025, 10:25 | Oxunub: 1 376