• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ETSN-də növbəti qanvermə aksiyası keçirilib - FOTO

    31

    iyl

    ETSN-də növbəti qanvermə aksiyası keçirilib - FOTO

    Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası keçirilib. 

    Ekologiya.az bidirir ki, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə təşkil olunan qanvermə aksiyasında Nazirliyin əməkdaşları fəal iştirak edib.
    Qanvermə prosesi Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən həyata keçirilib və hər bir donorun sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra qan götürülüb.

    Tarix : 31-07-2025, 17:11 | Oxunub: 2 088