Tovuzda yanğın hadisəsi baş verib.

Ekologiya.az-ın məlumatına görə, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb.

Kənddə bələdiyyə məxsus ərazidə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı kol-kos və bir neçə şam ağac yanıb. Yanğın söndürülüb, yaxınlıqda olan qaz xətti, evlər və orta məktəbinin binası yanğından mühafizə edilib.

Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.