• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Lənkəranda ikimərtəbəli ev YANDI

    21

    dek

    Lənkəranda ikimərtəbəli ev YANDI

    Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb.

    Yanğın hadisəsi rayonun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.

    Səxavət Rzayevə məxsus ikimərtəbəli yaşayış evində baş verən yanğınla bağlı FHN Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.

    Dərhal hadisə yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.

    Ümumi sahəsi 360 kvadratmetr sahəsi olan yaşayış evinin dam örtüyü və ikinci mərtəbədə bir otaq yanıb. Alovun qarşısı alınıb, binanın qalan sahəsi yanğından mühafizə olunub.

    Yanğının səbəbi araşdırılır.//Report

    Tarix : 21-12-2024, 20:29 | Oxunub: 1 312