• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 3 gündə 879 zəlzələ olub

    13

    avq

    3 gündə 879 zəlzələ olub

    Balıkesirin (Türkiyə) Sındırgı rayonunda avqustun 10-dan 12-dək 879 zəlzələ baş verib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) sosial media hesablarında məlumat verilib.

    Məlumata görə, yeraltı təkanlardan 744-ü 3.0 baldan az, 120-si isə 3.0 ilə 3.9 bal arasında olub.

    Həmçinin qeyd edilən dövr ərzində 4.0 - 4.9 bal gücündə 17 zəlzələ yerli sakinlər arasında narahatlıq yaradıb.

    Tarix : 13-08-2025, 09:30 | Oxunub: 1 344