• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ələt-Astara yolunun Biləsuvar və Cəlilabad hissəsində müşahidə kameraları quraşdırılır

    25

    avq

    Ələt-Astara yolunun Biləsuvar və Cəlilabad hissəsində müşahidə kameraları quraşdırılır

    Köhnə Ələt-Astara avtomobil yolunda təhlükəsizlik tədbirləri gücləndirilir.

    Ekologiya.az-ın məlumatına görə, bu məqsədlə sözügedən yolun Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində müşahidə kameraları quraşdırılır.

    Qeyd edək ki, bundan öncə də Daxili İşlər Nazirliyi tərəfindən "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində Biləsuvar rayonu ərazisində ümumilikdə 80 müxtəlif nöqtədə 176 ədəd yeni, müasir müşahidə kameralarının və 12 ədəd radar cihazının quraşdırılması işlərinə başlanılıb.

    Tarix : 25-08-2025, 20:20 | Oxunub: 2 424