• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Güclü duman Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib

    28

    okt

    Güclü duman Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib

    Biləsuvar və Cəlilabad rayonlarda dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.

    Ekologiya.az-ın məlumatına görə, duman axşam saatlarından etibarən Biləsuvar və Cəlilabad rayonu ərazisində müşahidə edilir.

    Görmə məsafəsi xeyli azaldığından nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.

    Qeyd edək ki, dumanlı hava şəraiti həmçinin köhnə Ələt-Astara avtomobil yolunun sözügedən rayonlardan keçən hissəsində də müşahidə olunur.

    Tarix : 28-10-2024, 08:05 | Oxunub: 1 136