• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağstafada meşə sahəsində yanğının söndürülməsinə ətraf rayonlardan əlavə qüvvələr cəlb olunub

    26

    avq

    Ağstafada meşə sahəsində yanğının söndürülməsinə ətraf rayonlardan əlavə qüvvələr cəlb olunub

    Ağstafa rayonunda meşə sahəsində yanğın güclənib.

    Ekologiya.az bildirir ki, Ağstafa rayonun Tatlı, Yuxarı Göycəli, Dağ Kəsəmən kəndləri ərazisində başlayan yanğının söndürülməsinə ətraf rayonlardan əlavə qüvvə cəlb edilib.

    Məlumatına görə, rayonun Hayvalı adlanan meşə sahəsindəki yanğını söndürmək üçün ümumilikdə 7 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.

    Çox sayda canlı qüvvə əsasən Qazax, Tovuz və Ağstafa rayonlarından əraziyə cəlb olunub.

    Tarix : 26-08-2025, 16:50 | Oxunub: 2 352