• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda küləy güclənir – FAKTİKİ HAVA

    27

    avq

    Bakıda küləy güclənir – FAKTİKİ HAVA

    Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 millimetr).

    Xidmətdən Ekologiya.az-a verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Culfada 21, Neftçalada 20 metrədək güclənir.

    Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir.

    Tarix : 27-08-2025, 11:44 | Oxunub: 2 272