• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İçərişəhərdəki bütün ağacların qeydiyyatı və nömrələnməsinə başlanılıb

    28

    avq

    İçərişəhərdəki bütün ağacların qeydiyyatı və nömrələnməsinə başlanılıb

    "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi çərçivəsində İçərişəhərdəki bütün ağacların qeydiyyatı və nömrələnməsinə start verilib. 

    Bu barədə "Report"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

    Bildirilib ki, hər bir ağacın üzərinə xüsusi nömrələnmiş inventar lövhələri vurulur, onların üzərində ağacın kodu və onun elektron uçot vərəqinə keçid imkanı yaradan QR-kod yerləşdirilir:

    "İnventarlaşdırma nəticəsində İçərişəhərin bütün yaşıllıqları "Şəhər yaşıllıqlarının reyestri" informasiya sisteminə daxil ediləcək. Proses tam zərərsiz üsulla aparılır və inventar lövhələri ətraf mühit təsirlərinə davamlı materialdan hazırlanır".

    Tarix : 28-08-2025, 15:25 | Oxunub: 1 448