• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yardımlıda polis çətin relyef şəraitində əməliyyat keçirib, saxlanılan var

    29

    avq

    Yardımlıda polis çətin relyef şəraitində əməliyyat keçirib, saxlanılan var

    Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 43 yaşlı İqbal Sahratov və əvvəllər məhkum olunmuş 38 yaşlı Dadaş Kazımov saxlanılıblar.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Eologya.az-a verilən məlumata görə, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

    Araşdırmalarla onların narkotik vasitələri maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdikləri müəyyən edilib. Saxlanılan şəxslər ifşa olunmamaq üçün narkotikləri Yardımlı rayonunda yerləşən çətin relyef şəraiti olan ərazilərdən keçirərək paytaxta göndərməyi planlaşdırıblar. 

    Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Tarix : 29-08-2025, 14:41 | Oxunub: 1 008