• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • FHN: Sumqayıtda hərbi sursatlar aşkar edilib

    06

    okt

    FHN: Sumqayıtda hərbi sursatlar aşkar edilib

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Qurd Dərəsi bağları adlanan ərazidə hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

    Bu barədə Ekologiy.az-a FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 38 ədəd VM-30 və 3 ədəd VM-45 artilleriya mərmilərinin partladıcıları olduğu müəyyən edilib.

    Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

    Tarix : 6-10-2025, 13:46 | Oxunub: 960