Osmaniyenin Sumbas rayonunda  4,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Ekologiya.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar 7 kilometr dərinlikdə baş verib və ətraf vilayətlərdə də təşvişə səbəb olub. Bir çox sakinlər yaşadıqları qorxunu sosial şəbəkələrdəki paylaşımları ilə ifadə ediblər.

Dağıntı və tələfat barədə məlumat verilmir.