Türkiyənin Ağdəniz rayonunda 3,8 bal gücündə zəlzələ baş verib.
 
Bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsi (AFAD) məlumat yayıb.

Yerli vaxtla saat 22:19  radələrində baş verən yeraltı təkanların episentri 6,24 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat haqda hələ məlumat yoxdur.