• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • AQTA: 4 min 748 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib

    04

    noy

    AQTA: 4 min 748 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib

    “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.

    Bu barədə Ekologiya.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

    Bildirilib ki, tədbirlər çərçivəsində bu ilin əvvəlindən noyabrın 3-dək olan dövr ərzində respublika üzrə 4 min 748 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib. Monitorinqlər zamanı 712 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 67-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.

    Bundan başqa, 1276 halda ətlərin soyuducuda saxlanılmadığı, 1297 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.

    Tarix : 4-11-2025, 13:55 | Oxunub: 848