• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Masazırda mebel sexinin fəaliyyəti dayandırılıb

    17

    dek

    Masazırda mebel sexinin fəaliyyəti dayandırılıb

    Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksində binanın zirzəmisində fəaliyyət göstərən mebel sexinin fəaliyyəti dayandırlıb.

    Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin sexdə keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Bu baxımdan, sexin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.



    Tarix : 17-12-2025, 11:55 | Oxunub: 1 456