• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • FHN mebel sexinin fəaliyyətini dayandırıb

    13

    fev

    FHN mebel sexinin fəaliyyətini dayandırıb

    Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 42 ünvanında yerləşən mebel sexinin fəaliyyətini dayandırıb.

    Bu barədə Ekologiya.az-a FHN-dən məlumat verilib.

    Bildirilib ki, sexdə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Qeyd olunanları nəzərə alaraq sözügedən sexin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

    Tarix : 13-02-2026, 10:05 | Oxunub: 936