• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    24

    dek

    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov  Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar onunla görüşüb.

    Görüşdə ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq əlaqələri, həmçinin gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. 

    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevaya ölkəmizdə səlahiyyət müddəti ərzində səmərəli tərəfdaşlığa və əməkdaşlığa görə təşəkkür bildirilib.

    Tarix : 24-12-2025, 15:40 | Oxunub: 2 888