• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xaraba Gilan ərazisində abidələrin qorunması zamanı görüləcək işlər müəyyənləşdirilib

    07

    yan

    Xaraba Gilan ərazisində abidələrin qorunması zamanı görüləcək işlər müəyyənləşdirilib

    Naxçıvan Muxtar Respublikası ərazisində abidələrin qorunması, bərpa və konservasiyası məqsədi ilə işlər həyata keçirilir.

    "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı, Naxçıvan Muxtar Republikasının mədəniyyət naziri vəzifəsini icra edən Həsən Seyidov və nazirlik aparatının əməkdaşları iştirakı ilə Xaraba Gilan şəhər yerinə baxış keçirilib.

    Xaraba Gilan şəhərinin qalıqları, Muncuqlutəpə və Mərdangölü nekropolları, sərdabələrə baxış zamanı abidələrin yerləşdiyi ərazilərin mövcud vəziyyətinin qiymətləndirilməsi, gələcəkdə ərazidə abidələrin qorunması zamanı görüləcək işlər müəyyənləşdirilib.

    Tarix : 7-01-2026, 08:50 | Oxunub: 2 112