• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanda “Yaşıl məktəb” layihəsinə start verilib

    07

    mar

    Naxçıvanda “Yaşıl məktəb” layihəsinə start verilib

    Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl məktəb” layihəsinə start verilib.


    AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, layihənin açılış tədbirində Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov və ekologiya və təbii sərvətlər naziri vəzifələrinin icraçısı, nazir müavini Xanlar Mustafayev çıxış ediblər. Nazir müavinləri dövlət başçısının Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb, bu sahədə görüləcək işləri diqqətə çatdırıblar.

    Tədbirdə Naxçıvan şəhər uşaq bağçalarının fidanlarının hazırladıqları kompozisiyaya və məktəb şagirdlərinin “Yaşıl məktəb” layihəsi ilə bağlı fləş-mobuna baxış olub.


    Sonra 17 nömrəli tam orta məktəbin həyətində şagirdlərin, pedaqoji heyətin, valideynlərin və ekologiya könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.


    Qeyd edək ki, layihə çərçivəsində bu gün Naxçıvan şəhər məktəblərində 1100 ədəd meyvə və dekorativ tinglər əkilib. Növbəti günlərdə muxtar respublikanın digər məktəblərində də ağacəkmə aksiyası davam etdiriləcək. Aksiyalar könüllü olaraq təhsil müəssisələrinin kollektivlərinin, valideynlərin, həmçinin könüllülərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək. “Yaşıl məktəb” layihəsinin məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.

    Tarix : 7-03-2024, 12:36 | Oxunub: 180