• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

    12

    yan

    Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

    Milli Hidrometeorologiya Xidməti yanvarın 13-ü gündüzdən 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

    Xidmətdən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Qobustan, Xızı, Qusar, Mingəçevir, Yevlax, Tərtər, Neftçala, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

    Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9–20.7 metr təşkil edəcək.

    Tarix : 12-01-2026, 19:04 | Oxunub: 1 840