Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunun Xəqani küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.


Nazirliyin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində mətbəxdə olan 1 ədəd qabyuyan, 1 ədəd paltaryuyan maşın və qaz sobası yanıb.

Mənzil yanğından mühafizə olunub.