• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “7 baldan yuxarı zəlzələ olacaq” – Qorxunc proqnoz

    06

    fev

    “7 baldan yuxarı zəlzələ olacaq” – Qorxunc proqnoz

    Zəlzələ üzrə mütəxəssis Prof. Dr. Haluk Eyidoğan Mərmərə dənizində baş verməsi gözlənilən 7 və daha böyük gücdə zəlzələnin yalnız İstanbul deyil, Mərmərəyə sahili olan 7–10 vilayəti əhatə edəcəyini bildirib.

    Ekologiya.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, mütəxəsisisn sözlərinə görə, bu səbəbdən proses “İstanbul zəlzələsi” deyil, “Mərmərə zəlzələsi” kimi dəyərləndirilməlidir.

    Tekirdağda keçirilən “Fəlakətlərə Davamlı Tekirdağ Seminarı”nda çıxış edən Eyidoğan, böyük zəlzələlərin regional xarakter daşıdığını, dağıntıların isə təkcə fay xətti ilə izah edilə bilməyəcəyini vurğulayıb.

    O qeyd edib ki, yanlış planlaşdırma və keyfiyyətsiz tikinti böyük risk yaradır və Mərmərədə baş verəcək güclü zəlzələ Türkiyəyə sosial-iqtisadi baxımdan ciddi təsir göstərəcək.

    Tarix : 6-02-2026, 16:39 | Oxunub: 1 312