• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda Boz ay bu tarixdə başlayır

    11

    fev

    Azərbaycanda Boz ay bu tarixdə başlayır

    Azərbaycanda fevralın 21-dən Boz Ay başlayır.

    Xalq təqviminə görə, Boz Ay qış fəslinin son ayı hesab olunur və fevralın 21-dən martın 21-nə qədər davam edir. Bu dövr qışdan yazın keçidini göstərir və havaların dəyişkənliyi ilə seçilir.

    Boz Ay xalq arasında həm “Ala çillə”, “Alaçalpo”, “Yazağzı”, həm də “Ağlar-gülər ayı” adları ilə tanınır. Ənənəyə görə, havalar tez-tez dəyişir, bir gün isti, səhəri isə soyuq olur. Xalq arasında deyilir: “Boz ay bozara-bozara keçər”.

    Boz Ayın dörd çərşənbəsi - Su, Od, Yel və Torpaq çərşənbələri - Novruz bayramının gəlişini müjdələyir. Bu dövrdə el mərasimləri, kənd təsərrüfatı işləri və yazın gəlişi ilə bağlı ənənələr davam edir.

    Xalq təqviminə əsasən, qış fəsli üç mərhələdən ibarətdir:

    Böyük Çillə - dekabrın 22-dən yanvarın 30-dək (40 gün)

    Kiçik Çillə - yanvarın 31-dən fevralın 20-dək (20 gün)

    Boz Ay - fevralın 21-dən martın 21-dək (30 gün)

    Beləliklə, Boz Ay qışın son sərt ayı və yazın ilk xəbərçisi hesab olunur.  (metbuat.az)

    Tarix : 11-02-2026, 11:00 | Oxunub: 1 672