• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağsu aşırımında buzlaşma: İki avtomobil aşıb

    11

    fev

    Ağsu aşırımında buzlaşma: İki avtomobil aşıb

    Yağan qardan sonra temperaturun aşağı düşməsi Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində buzlaşmaya səbəb olub.


    EKOLOGİYA.AZ-ın bölgə müxbiri xəbər verir ki, hazırda yolun sərt döngəli, enişli-yoxuşlu əraziləri təhlükəli olaraq qalır. Buzlaşma səbəbindən iki avtomobil yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.


    16 saylı Yol İstismar MMC-nin əməkdaşı Qərib Dünyamalıyev Ekologiya.az-a bildirib ki, gecə saatlarından etibarən əraziyə texnika və canlı qüvvə cəlb olunub. Onun sözlərinə görə, yollara qum-duz qarışığı səpilir, zəruri tədbirlər həyata keçirilir, əməkdaşlar növbəli şəkildə xidmət aparırlar.

    Qeyd olunub ki, qurumun xidmət etdiyi ərazi əsasən 143–156-cı kilometrləri, o cümlədən Ağsu aşırımı hissəsini əhatə edir. Hazırda hər iki istiqamətdə texnikalar işləyir və hərəkət nəzarət altındadır.

    Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması məqsədilə ərazidə polis gücləndirilmiş iş rejimində xidmət aparır və zəruri tədbirlər görülür.

    Tarix : 11-02-2026, 16:52 | Oxunub: 1 688