Braziliyanın Akko ştatında 6,5 bal gücündə zəlzələ baş verib.

EKOLOGİYA.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri ştatın Tarauaka bölgəsindən 66 kilometr qərbdə yerləşib.

Zəlzələ təxminən 609 kilometr yerin altında baş verib.