• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah havanın temperaturu 24 dərəcəyədək artacaq

    17

    fev

    Sabah havanın temperaturu 24 dərəcəyədək artacaq

    Azərbaycanda fevralın 18-də havanın temperaturunun 24 dərəcəyədək artacağı gözlənilir.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 5-10,gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

    Tarix : 17-02-2026, 13:42 | Oxunub: 1 824