• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verib

    17

    fev

    Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verib

    Şahbuz rayonunun Biçənək kənd avtomobil yolunda güclü yağan qar və yağışlar nəticəsində qaya uçqunu baş verib.


    Ekologiya.az-ın xəbərinə görə, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, Zərnətun körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları düşüb.


    Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

    Qaya parçaları qısa müddət ərzində ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.

    Tarix : 17-02-2026, 17:18 | Oxunub: 1 048