• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanda güclü yağış bəzi avtomobil yollarında məhdudiyyət yaradıb

    26

    iyn

    Naxçıvanda güclü yağış bəzi avtomobil yollarında məhdudiyyət yaradıb

    Naxçıvanda güclü yağış nəticəsində bir neçə avtomobil yolunda məhdudiyyət yaranıb.

    Bu barədə “Report”un yerli bürosuna “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin Mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq və Kükü kənd ərazisində müşahidə olunan güclü yağış avtomobil yollarının hərəkət hissəsində məhdudiyyət yaradıb.

    Problemlə bağlı məlumat daxil olan kimi qeyd olunan ərazilərə ərazilərə Agentliyin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

    Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

    Tarix : 26-06-2024, 10:30 | Oxunub: 1 752