• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda bu yollar 2 gün bağlı olacaq

    24

    fev

    Bakıda bu yollar 2 gün bağlı olacaq

    Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Ekologiya.az  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Qeyd olunub ki, buna səbəb fevralın 23-ü saat 23:00-dan fevral 25-i saat 20:00-dək ərazidə aparılacaq təmir işləridir.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, bu müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

    Tarix : 24-02-2026, 07:25 | Oxunub: 1 296