• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Planetlərin paradı bu tarixdə baş tutacaq

    24

    fev

    Planetlərin paradı bu tarixdə baş tutacaq

    Fevralın sonunda səmada planetar parad görünəcək.

    Ekologiya.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) öz saytında məlumat yayıb.

    “Fevralın 28-də axşam səmasında bir deyil, iki deyil, altı planet görəcəyik. Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter gün batdıqdan az sonra peyda olacaq”, - məlumatda deyilir.

    NASA aydınlaşdırıb ki, əlverişli hava şəraitində yalnız dörd planet - Merkuri, Venera, Saturn və Yupiter adi gözlə görünəcək. Bununla belə, Uran və Neptunu müşahidə etmək üçün optik alətlər tələb olunacaq.

    Tarix : 24-02-2026, 09:56 | Oxunub: 1 072