• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ceyhun Bayramov: Xocalı soyqırımı Ermənistanın təcavüzü zamanı törədilmiş ən ağır cinayətlərdən biridir

    26

    fev

    Ceyhun Bayramov: Xocalı soyqırımı Ermənistanın təcavüzü zamanı törədilmiş ən ağır cinayətlərdən biridir

    Xocalı soyqırımı kimi dəhşətli cinayətlərin təkrarlanmaması üçün ədalətin təmin olunması hələ də əsas vəzifə olaraq qalır.

    Ekologiya.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

    Nazir qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ən ağır cinayətlərdən biridir.

    "Bu kədərli gündə Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin hüznlə yad edirik", - XİN başçısı bildirib.

    Tarix : 26-02-2026, 08:01 | Oxunub: 896