• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İlham Əliyev Sərəncam imzaladı

    27

    fev

    İlham Əliyev Sərəncam imzaladı

    Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib.

    Ekologiya.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncamla Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

    Rəqəmsal İnkişaf Şurası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarət edəcək.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə rübdə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.

    Nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

    Tarix : 27-02-2026, 13:42 | Oxunub: 2 744