• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Masallıda antisanitar şəraitdə fəaliyyət göstərən təndirxana aşkarlanıb

    02

    mar

    Masallıda antisanitar şəraitdə fəaliyyət göstərən təndirxana aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Masallı rayonunun Mahmudavar kəndindəki təndirxanada yoxlama aparılıb.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

    Obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqinin və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər tələblərin pozulduğu aşkarlanıb.

    Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.

    Tarix : 2-03-2026, 17:17 | Oxunub: 1 200