• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Masallıda fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

    17

    iyl

    Masallıda fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

    Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Masallı rayonunun Öncəqala kəndində sahibkar İsmayıllı Fərid İbrahim oğluna məxsus “Bakı gecələri” kafesində plandankənar yoxlama aparılıb.


    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı kafedə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.


    Obyektdə vəziyyətin qənaətbəxş olmadığı və əsaslı təmirə ehtiyacı olduğu, işçilərin dövri tibbi müayinədən keçmədikləri, müvafiq təmizlik işlərinin aparılmadığı aşkarlanıb.


    Qanunvericiliyin tələblərinə uyğun olaraq, faktla əlaqədar kafenin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.


    Tarix : 17-07-2024, 20:00 | Oxunub: 1 728