• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qardaş ölkə SİLKƏLƏNDİ: Təşviş yaşandı

    09

    mar

    Qardaş ölkə SİLKƏLƏNDİ: Təşviş yaşandı

    Türkiyənin Denizli vilayətinin Buldan rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Təcili Vəziyyətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

    Məlumata əsasən, zəlzələ saat 09:21-də qeydə alınıb. Yeraltı təkanların 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.

    Zəlzələ sakinlər arasında panikaya səbəb olub. İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı ciddi dağıntı və ya xəsarət alanların olmadığı qeyd edilir.

    Zəlzələ yalnız Denizlidə deyil, İzmir, Aydın, Uşak və Manisa kimi Egey bölgəsinin bir çox vilayətlərində də hiss olunub.

    Hadisədən sonra ehtiyat tədbiri olaraq bəzi obyektlər boşaldılıb. Xüsusilə Dənizli Dövlət Xəstəxanasının poliklinika bölmələri boşaldılıb. Həmçinin məktəblərdəki şagirdlər də binalardan çıxarılıb.Musavat.com

    Tarix : 9-03-2026, 11:20 | Oxunub: 936