• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Uçqun oldu, Quba-Xınalıq yolu bağlandı

    28

    mar

    Uçqun oldu, Quba-Xınalıq yolu bağlandı

    Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.

    Ekologiya.az-ın məlumatına görə, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

    Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.

    Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.

    Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.(APA)

    Tarix : 28-03-2026, 13:06 | Oxunub: 1 432