• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 35 nəfər saxlanıldı

    14

    apr

    35 nəfər saxlanıldı

    Aprelin 13-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 57, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Həmçinin narkotiklərlə əlaqədar 9 fakt müəyyən edilib.

    Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tüfəng və 34 ədəd patron aşkar edilərək götürülüb.

    Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər də saxlanılıb.

    Tarix : 14-04-2026, 11:35 | Oxunub: 664