• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hövsanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

    14

    apr

    Hövsanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

    Hövsanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək
    Aprelin 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
    Araz superstore qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər. 
    📍Araz superstore  -  Suraxanı rayonu, Elçin Məmmədov 5k (“Hövsan Mall”un yaxınlığı)
    🕚 Saat: 12:00
    🗓️ 16 aprel

    Tarix : 14-04-2026, 17:30 | Oxunub: 2 440