Ekologiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 7 oktyabr tarixində “Araz” supermarketlər şəbəkəsinin Yasamal rayonu ərazisində yerləşən filialında təşkil olunacaq.

Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

Araz Yasamal Superstore - Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, məhəllə 574

Saat: 13:00

7 oktyabr