Hirkan Milli Parkında yerləşən zəngin və unikal təbiət marşrutlarını təqdim edirik. Müxtəlif çətinlik dərəcələrinə malik marşrutlar həm macəra sevənlər, həm də sakit təbiət gəzintisinə üstünlük verənlər üçün gözəl seçimdir.

📍Öz marşrutunu seç və ekoturizmin imkanlarından faydalan!
⏰ Marşrutlarda qalma vaxtı: 
🌞 Yay mövsümü: saat 09:00–20:00
❄️ Qış mövsümü: saat 09:00–17:00
“Təbiət marşrutunu seç” rubrikası çərçivəsində ölkəmizin müxtəlif təbiət marşrutları haqqında ətraflı məlumat təqdim olunur.
🌱 Unutmayaq:
✔ Yalnız müəyyən olunmuş marşrutlar üzrə hərəkət edək
✔ Təhlükəsizlik qaydalarına riayət edək
✔ Təbiətdə iz buraxmayaq
💚🌿Təbiəti sevmək onu qoruyaraq tanımaqla başlayır.