• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bayram  günlərində hər kəsi  milli parklarımıza dəvət edirik!

    31

    dek

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bayram günlərində hər kəsi milli parklarımıza dəvət edirik!

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında Azərbaycanın bütün regionlarını əhatə edən füsunkar təbiət əraziləri-milli parklarımız ziyarətçiləri xüsusi proqramlarla qarşılayacaq.  

    Ekologiya.az bildirir ki,bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi səhifəsində məlumat yayıb.


    Bayram günlərində milli parklara gələn turistlər üçün xüsusi mühafizə olunan təbiət əraziləri barədə maarifləndirici məlumatlar veriləcək, turist marşrutları üzrə gəzintilər, quşların və ceyranların müşahidəsi turları təşkil olunacaq, velosiped və skuterlə yürüşlər üçün şərait yaradılacaq və digər bir çox maraqlı tədbirlər keçiriləcək.

    Hər kəsi bu tətil günlərini ölkəmizin milli parklarında keçirməyə, açıq havada qış fəslinin təbiət gözəlliklərindən zövq almağa çağırırıq.

    Tarix : 31-12-2023, 14:57 | Oxunub: 1 693