Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) idxal nəzarəti zamanı fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi “Bazalt” müəssisəsinin istehsalı olan “Vettrimerazin Poroşok” əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib.


AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, məhsul partiyasından agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib.


Bildirilib ki, sınaq nəticəsində kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluqla əlaqədar, ümumi sayı 490 ədəd məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul olunmuş müvafiq qərar əsasında məhv edilib.