Külək Xəzər dənizində aprelin 29-dək davam edəcək

Aprelin 27-si axşamdan Xəzər dənizi akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi aprelin 29-dək davam edəcək.

Ekologiy.z xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosu məlumat yayıb.

Bildirilib ki, küləyin qeyd olunan müddətdə arabir güclənəcəyi gözlənilir.