• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah Bakıda və Abşeronda güclü külək əsəcək, bu ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

    04

    fev

    Sabah Bakıda və Abşeronda güclü külək əsəcək, bu ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında fevralın 5-i gündüzdən 6-sı səhərədək cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var.


    Tarix : 4-02-2024, 16:39 | Oxunub: 1 820